UEFA Ronaldoya iş açdı
16:54 - 18 Mart 2019 - İDMAN
UEFA “Yuventus”un ulduzu Kriştianu Ronaldoya intizam işi açıb. Buna səbəb onun Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “Atletiko” (3:0) ilə cavab matçında qeyri-etik hərəkət etməsidir.
Son qərar isə martın 21-də veriləcək.
Qeyd edək ki, Ronaldo geridönüş edib iki qarşılaşmanın nəticəsinə görə mərhələ adladıqları matçdan sonra qeyri-etik jest etmişdi. Bununla o, ilk matçda eyni jesti edən “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə cavab vermişdi. Simeone bu hərəkətinə görə qitə futbol qurumu tərəfindən 20 min avro civarında cərimələnmişdi.
Qafqazinfo