Şamaxıda azyaşlı uşaq su qabına düşərək boğulub.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında, rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini, 2016-ci il Qasımova Günay Şirvan qızı həyətdə oynayarkən başı üstə plastmas su qabına düşərək boğulub. Onun köməyinə valideynləri gəlib.
Şamaxı rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.