İtaliya A Seriyasında 28-ci turun oyunları davam edir.
Çempionatın lideri "Yuventus" bu tur gözlənilmədən məğlub olub. Səfərdə "Cenoa"nın qonağı olan Turin klubu 0:2 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Massimiliano Alleqri Kriştiano Ronaldoya istirahət verdiyindən portuqaliyalı superulduzun adı "Cenoa" ilə matçın iştirak ərizəsinə salınmayıb.
17 mart
"Cenoa" - "Yuventus" - 2:0
Qollar: S. Sturaro, 72 (1:0), Q. Pandev, 81 (2:0)
Qeyd edək ki, hazırda 75 xalla turnir cədvəlinə başçılıq edən "qoca sinyora" ən yaxın izləyicisi "Napoli"ni 18 xal qabaqlayır. Neapollular liderdən 1 oyun az keçiriblər.qol.az