Gürcüstanın paytaxtı Tbilisinin Ortaçala rayonunda tikilməkdə olan binadan 3 fəhlə yıxılıb.
Report xəbər verir ki, nəticədə 1 fəhlə hadisə yerində ölüb, 2-si müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alan fəhlələr xəstəxanaya yerləşdiriliblər.
Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı, tikinti işləri zamanı təhlükəsizlik normalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.