Bərdədə 47 yaşlı qadın fermada ölü tapıldı

20:43 - 15 Mart 2019 - HADİSƏ

Bərdədə fermada meyit tapılıb.

Hadisə rayonun Çələbilər kəndində baş verib. 1972-ci il təvəllüdlü Süleymanova Sevinc Səlim qızı kənd ərazisində müvəqqəti məskunlaşdığı fermada ölü vəziyyətdə tapılıb.
Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. trend

Xəbər xətti