Xaçmaz rayonunda oğurluğa cəhdin qarşısı alınıb.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Xaçmaz şəhəri ərazisindəki mağazaların birindən Rayon Mühafizə Bölməsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn polis əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakinləri E.İsmayılov və əvvəllər məhkum olunan İ.Osmanovu saxlayaraq RPŞ-yə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.