Bakıda 16 yaşlı qız kirayədə qaldığı evin 16-cı mərtəbəsindən özünü atıb

10:58 - 15 Mart 2019 - HADİSƏ

Yasamal rayonunda 16 yaşlı qız özünü binanın 16-cı mərtəbəsindən yerə atıb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Əsəd Əhmədov 45 ünvanında baş verib.
2003-cü il təvəllüdlü Azadə Mirfatimə Füzuli qızı ailəsi kirayə qaldığı mənzilin eyvanından özünü yerə atıb. 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü yerə atan M. Azadə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti