Bakıda qardaş qardaşı qətlə yetirdi- Məhkəmə işi

11:21 - 14 Mart 2019 - HADİSƏ

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Ucnoqta.az "Ölkə.Az”a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun icraatına verilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrın 5-də Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədil Kərimovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb. 

Xəbər xətti