Litva ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti Açıqlanıb

17:18 - 13 Mart 2019 - İDMAN

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç yığmaya 23 futbolçu dəvət edib.
Qapıçılar: Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ)
Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Ömər Buludov (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rahil
Məmmədov (Qarabağ), Anton Krivotsyuk (Neftçi), Təmkin Xəlilzadə (Sabah), Şəhriyar Rəhimov (Səbail)
Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ), Riçard Almeyda (Qarabağ), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov (Neftçi), Əli Babayev (Sumqayıt), Aleksey İsayev (Sumqayıt), Dmitri Nazarov ("Erzgebirge", Almaniya), Mahir Mədətov (Qarabağ), Namiq Ələsgərov (Neftçi), Araz Abdullayev (Qarabağ)
Hücumçular: Ramil Şeydayev (Krılya Sovetov, Rusiya), Rüfət Dadaşov (Proysen, Almaniya), Mirabdulla Abbasov (Neftçi)

Qeyd edək ki, millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.

Xəbər xətti