Sumqayıtda evdən 3500 manat dəyərində qızıl oğurlanıb

17:36 - 13 Mart 2019 - HADİSƏ

Sumqayıtın Ceyranbatan bağlarında fərdi yaşayış evindən oğurluq olub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Ceyranbatan bağları, 1 saylı asvaltzavod ərazisində yerləşən evlərdən birində baş verib. Evin sahibi Sahibə Zeynalova bildirib ki, hadisə onların evdə olmadığı gün olub: "Mənzilə daxil olan oğrular oradan ümumi dəyəri, təxminən, 3500 manat olan qızıl-zinət əşyalarını oğurlayıblar".

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti