Sumqayıtda gənc oğlan hündürlükdən yıxılaraq ölüb

11:25 - 13 Mart 2019 - HADİSƏ

Sumqayıt şəhərində gənc oğlan hündürlükdən yıxılaraq ölüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.
Belə ki, həmin ərazidə yaşayan, 1995-ci il təvəllüdlü Rauf Nizami oğlu Həsənquliyev yel çərşənbəsi günü tonqal qalaması üçün hündürlükdən taxta parçaları toplayaraq aşağı atmaq istəyib. Bu zaman ayağı büdrəyərək yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti