Lənkəran rayonunda 45 yaşlı kişi çayda boğulub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Veravul çayında qeydə alınıb.
İlkin məlumata görə, 1974-cü il təvəllüdlü Şamu Hacıbala oğlu Hacıyevehtiyatsızlıqdan çaya yıxılıb və suda batıb. Xilasedicilər onun cansız bədənini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.