Venesuelanın şərqində yerləşən Bolivar ştatında "Cessna 206" modelli yüngül təyyarə qəzaya uğrayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Qran-Sabana rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində Venesuela Silahlı Qüvvələrinin 3 polkovniki və bir serjantı olub. Məlumata əsasən, hələlik hərbçilər arasında sağ qalanların olub-olmaması məlum deyil.
Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir.
Qəzanın baş verməsi barədə rəsmi məlumat yayılmayıb.