Ucnoqta.az
www.ucnoqta.az

Venesuelada hərbçilərin olduğu təyyarə qəzaya uğrayıb

09:05 - 12 Mart 2019 tarixində dərc olunub.

Venesuelanın şərqində yerləşən Bolivar ştatında "Cessna 206" modelli yüngül təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Qran-Sabana rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində Venesuela Silahlı Qüvvələrinin 3 polkovniki və bir serjantı olub. Məlumata əsasən, hələlik hərbçilər arasında sağ qalanların olub-olmaması məlum deyil.

Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir.

Qəzanın baş verməsi barədə rəsmi məlumat yayılmayıb.

Müəllif: