Abşeron rayonunda 27 yaşlı gənc intihar edib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü Paşa Rasim oğlu Yusifli özünü bacısı ilə yaşadığı evdə asaraq öldürüb.
İntiharın dəqiq səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.