Ər keçmiş arvadının boğazını kəsdi— Məhkəmə işi

12:23 - 11 Mart 2019 - HADİSƏ

Lənkəranda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Həbibov Fərhad Zamanı oğlu Ali Məhkəməyə müraciət edib.

Təqsirləndirilən Fərhad Həbibovun müraciətinə aprel ayının 16-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Qeyd edək ki,hadisə 2015-ci ilin yanvarın 4-də Lənkəran rayonun Liman şəhərində qeydə alınıb.

Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həbibov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, arvadını qısqanclıq zəminində öldürüb. Guya ki, bir neçə il bundan öncə Həbibova ərinə başqa kişi ilə xəyanət edib.
Yalnız indi köhnə hesabları yada salan kişi, arvadını onu alçaltdığına görə cəzalandırmağı qərara alıb.   

Amma istintaq orqanları kişinin öz əməllərini ört-basdır etmək üçün yalan danışdığı qənaətinə gəlib.

Xəbər xətti