Bakıda tikilən ticarət mərkəzində bədbəxt hadisə baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, martın 8-də saat 15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində tikilməkdə olan “Retro Mall” ticarət mərkəzində işləyən 1993-cü il təvəllüdlü Zeynalov Elşən Nizami oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, “Retro” MMC-yə məxsus ticarət mərkəzinin 4-cü mərtəbəsində Beton tökən aparatın borusunu təmizləmək üçün yerə çırpan zaman borunun dəmir ucu onun alnına dəyib.
O, martın 10-da müalicə aldığı “Baku City” hospitalında vəfat edib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.