Atanın diqqətsizliyindən 3 yaşlı qızı avtomobilin altında qalaraq öldü

10:27 - 11 Mart 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 Binəqədi qəsəbəsində Soltanlı Fərid Bəhmən oğlu özünə məxsus olan “Mercedes” markalı, 50 DC 902 dövlət qeydiyyat nişanlı avtomobili həyətdə saxlayıb. Bir qədər sonra avtomobil hərəkətə gəlib və Fərid Soltanlının 2016-cı ildə anadan olmuş qızı Fəridə maşının təkərləri altında qalıb. Körpə qız aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

İlkin araşdırma zamanı avtomobilin əl əyləcinin qoşulmadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır./publika.az

Xəbər xətti