Ucarda ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə Ucarın Vidadi küçəsində qeydə alınıb. Şəhər sakini Vahid Mustafayevə məxsus ev anidən alovlanıb. Daha sonra alov bütün evi əhatə edib. Hadisə yerinə FHN-in Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ətraf tikililər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo