Saatlıda azyaşlılara siqaret satan şəxs cərimələndi

19:00 - 9 Mart 2019 - HADİSƏ

Saatlıda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd nəticəsində rayonun Nəsimi kəndi ərazisində bir mağazanın satıcısının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkarlanıb.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektinin satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən, (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub və o, 100 manat məbləğində cərimələnib.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Xəbər xətti