Çempionlar Liqasının 1/8 finalında "Ayaks"a yenilərək mübarizəni dayandıran "Real"d vəziyyət gərginləşir.
Hollandiya klubu ilə oyundan sonra komandanın kapitanı Serxio Ramos və prezident Florentino Peres arasında dava düşüb. "Marca" və AS kimi qəzetlərin yazdığına görə, oyundan sonra Florentino Peres komandanın paltardəyişmə otağına daxil olaraq, futbolçulara ağır sözlər deyib. Bu zaman kapitan Serxion Ramos komanda yoldaşlarını müdafiə edərək "Bunun tək günahkarı biz deyilik. Yayda forvard alacağıq dedin, amma almadın" deyib.
Bu zaman Florentino Peres Serxio Ramos komandadan qovmaqla hədələyib. Amma futbolçunun cavabı daha sərt olub: "Müqaviləmin qalan müddətdəki maaşımı verin, bu dəqiqə gedirəm".
Kapitan və futbolçunun olduqca yüksək səslə mübahisə etdiyi, bir-birini hədələdiyi deyilir./fanat.az