Şamaxıda zəlzələdən zərər çəkmiş ailələr üçün yaşayış binasının təməli qoyulub

12:27 - 7 Mart 2019 - Xəbər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərər çəkmiş ailələr üçün yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı yeni binanın təməlini qoydu.
Sonra inşaatçılarla xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət etdilər.

Xəbər xətti