Gəncədə bıçaqlanma olub.
Hadisə şəhərin “Yeni Qəsəbə”də (Xocalıların məskunlaşdıqları qəsəbə) qeydə alınıb. Qəsəbə sakinləri 39 yaşlı Kənan Əsgərov və onun qardaşı, 46 yaşlı Rafiq Əsgərov qəsəbədə yerləşən çayxanada bıçaqlanıblar.
Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan yaralıların vəziyyətinin orta ağır olduğu bildirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(ona.az)