Türkiyə vətəndaşını Bakıda maşınla vurub öldürdü - Video

10:10 - 7 Mart 2019 - HADİSƏ

Gecə saatlarında Bakının Babək prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Nissan X-trail” markalı, 90 SE 567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İbrahimzadə Emin Əli oğlu yolu keçmək istəyən 1982-cü il təvəllüdlü Türkiyə vətəndaşı Serkan Mehtikarsı vurub.
Nəticədə, piyada yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, qəza baş verdiyi yerdən 30 metr yaxınlıqda piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin olmasına baxmayaraq, piyada ondan istifadə etməyib.

Faktla bağlı araşdırma aparılır. 


​/oxu.az

Xəbər xətti