"Səni axtarıram" verilişində toyu olan və fiziki qüsurlu olan Elnur Xəzər televiziyasında işlə təmin ediləcək.
Bu barədə aparıcı Xoşqədəm Hidayətqızı bildirib:
"Nərmin göstərdi ki, həqiqi sevgilər var. Mən televiziyada səs acıyam. Mətnləri oxumaq üçün televiziyada işləyənlərin səsini yoxlayırdım. Səs çox önəmlidir. Elnurun səsi mənə o qədər təsir etmişdi ki, dedim ki, rəhbərlikdən xahiş edəcəm ki, onu "Səni axtarıram" işə düzəltsin. Xaricdə də var.
Belə ki, fiziki qüsurlu şəxslər görə biləcəyi işlərə düzəldilir. Artıq bizdə də belə təcrübələr var. Mən düşündüm ki, Elnuru işə götürməklə həm səsindən istifadə edərik, həm də ona yeni həyat bəxş edərik. Düşünürəm ki, bununla gözəl səsi televiziyamıza gətirmiş olacam"./big.az