“Bir neçə günə çap məhsulları ƏDV-dən azad olunacaq” – Deputat

15:01 - 6 Mart 2019 - Xəbər

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib ki, Azərbaycanda qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisindən (ƏDV) azad oluna bilər.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Bizimyol.info-ya danışan əməkdar jurnalist, Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, artıq bir neçə deputatların təklifindən sonra Nazirlər Kabineti bu məsələni həll edəcək və çap məhsulları ƏDV-dən azad olunacaq:
“Bu məsələ artıq həll olunmuş sayılır. Çünki bir neçə deputat həmkarım da çıxışlar etdi, təkliflər etdi. Onların təklifləri nəzərə alınıb demək olar. Yaxın günlərdə Nazirlər Kabineti çap məhsullarını ƏDV-dən azad edəcək”.

Xatırladaq ki, deputatların parlamentdə verdiyi təklifə Nazirlər Kabinetindən verilən cavabda bildirilib ki, Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən siyahısı Azərbaycan respublikasının Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Həmin siyahıya qəzet kağızı və hazır çap məhsulları daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.

Xəbər xətti