İsmayıllıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:30 radələrində İsmayıllı şəhəri, Nizami Səmədov küçəsi 40 ünvanında qeydə alınıb. Həmin ünvanda tək yaşayan, 1949-cu il təvəllüdlü Hüseynov Hüseyn Məhəmməd oğlunun meyiti yaşadığı evin hamam otağında tapılıb.
Onun dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.