3 yaşlı körpəni qətlə yetirməkdə təqsirli bilinən Fariz Mirzəyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Təqsirləndirilən şəxsin apellyasiya şikayətinə mart ayının 5-də hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Qeyd edək ki, hadisə 2015-ci ilin aprel ayında Şəmkir rayonunun Posanlı yaşayış massivində, mənzillərin birində baş verib. Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Mirzəyev Fariz Arif oğlu qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın digər kişidən hamilə olub dünyaya gətirdiyi, 2012-ci il təvəllüdlü Nihad adlı oğlunu öldürüb.
F.Mirzəyev daha sonra uşağın meyitini qəbristanlıqda basdırıb. Uşağın yaxınlarına isə Nihatın qıc olmadan dünyasını dəyişdiyini bildirib. Şəmkir Rayon Prokurorluğunda hadisə ilə bağlı aparılan araşdırmalardan sonra F.Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar nəticəsində körpənin qıc olmadan yox, Fariz Mirzəyev tərəfindən yetirilən xəsarətlər nəticəsində öldüyü məlum olub./olke.az