Rəqqasə- aktrisa Oksana Rəsulova “ATV maqazin onlarla” proqramının “Onlarla 3 dəqiqə” rubrikasının qonağı olub. “Qafqazinfo” xəbər verir ki, o, 33 suala 3 dəqiqə ərzində cavab verməyə çalışıb.
Rəqqasə proqramda eks-həyat yoldaşları barədə maraqlı fikirlər səsləndirib: “Keçmiş ərlərimdən şiddət görmüşəm”. Aktrisa “Nəyin izi silinmir?” sualına “Xəyanətin və sevginin izi heç vaxt silinmir” deyə cavab verib.
Bundan əlavə, O. Rəsulova hazırda rəsmi nikahının olmadığını vurğulayıb: “Hazırda rəsmi yox, dini nikahdayam. Oğlum isə atasının soyadını daşıyır. Məndən olsa, 10 uşağımın olmağını istəyərəm. Oğlumun dodaqları mənə, amma ümumi görünüşü atasına bənzəyir”./ bizimyol.info