Gəncədə avtobusa minən qadın oturmaq istəyərkən yıxılaraq xəsarət alıb.
Şəhər sakini, 1962-ci il təvəllüdlü İbrahimova Cəvahir Saleh qızı qabırğaların sınığı və müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafidir. Məlumata görə, qadın 6 saylı sərnişindaşıyan avtobusa minən qadın oturacaqda əyləşmək istəyərkən sürücü nəqliyyat vasitəsini hərəkət etdirib və qadın yıxılıb.
Faktla bağlı araşdırma aparılır. /qafqazinfo