Gəncədə 9 yaşlı uşağı maşın vurub

12:26 - 3 Mart 2019 - HADİSƏ

Gəncədə yolu keçmək istəyən azyaşlını maşın vurub.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, şəhər sakini 9 yaşlı Səma Həsənəli yolu keçmək istəyərkən maşın vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, azyaşlının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti