İranda spirtli içkilərdən 25 nəfər zəhərləndi- iki nəfər ölüb

00:44 - 3 Mart 2019 - Xəbər

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə ölümlə nəticələnib.

Bunu İranın Ərdəbil vilayəti inqilab və ümumi prokuroru Tahir Rəsuli İRNA-ya açıqlamasında deyib. Rəsulinin sözlərinə görə, nəticədə biri qadın olmaqla iki nəfər həlak olub.
Rəsuli əlavə edib ki, 23 nəfər zəhərlənib və zəhərlənənlərdən biri görmə qabiliyətini itirib.

“Ötən gecədən spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar Meşkinşəhrin xəstəxanasına müraciət etməyə başlanılıb”, - deyə o qeyd edib.
Rəsuli zəhərlənənlərin bir tədbirdə olmadığını və ayrı-ayrılıqda müraciət etdiyini deyib.

Zəhərlənənlər müalicə olunması üçün təcili yardım avtobusları ilə Ərdəbil xəstəxanalarına daşınıb./trend

Xəbər xətti