Məktəb direktoru ilə dava edən aktyorun məhkəməsi başlayır

15:38 - 2 Mart 2019 - Xəbər

Məktəb direktoru ilə “Drakon” ləqəbli aktyor Rza Rzayevin arasında baş verən dava ilə bağlı məhkəmə prosesi başlayır.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, məhkəmə prosesi martın 4-də Nizami rayon Məhkəməsində hakim Ələddin Cəfərovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında əlbəyaxa dava yaranıb. Tural Mirzəliyev baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Buna görə Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Xəbər xətti