Həbsdə olan bloqer Mehman Hüseynov azadlığa buraxılıb.
Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mehman Hüseynov bu gün cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxılıb.
Mehman Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.