Müğənni Damlanın başına iş gəlib.
Ötən gün ifaçının ümumi baxış sayı 35 milyondan çox olan “Youtube” kanalına haker hücumu olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə instaqramda məlumat verən Damla hesabının silindiyini qeyd edib:“Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də "Youtube" kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? "Çamadan" mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız.
Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanalı silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar. Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hackerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız, Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək”.
Qeyd edək ki, sənətçinin bir neçə gün bundan əvvəl təqdim etdiyi “Çamadan” klipi yüksək baxış toplayaraq trenddə ikinci olmuşdu.