Futbol məktəbində baş verən yanğının ilkin səbəbi məlum olub

11:10 - 2 Mart 2019 - Xəbər

Bakıda futbol məktəbində baş verən yanğının ilkin səbəbi məlum olub

Təhsil nazirinin müavini, “Sabah” futbol klubunun Müşahidə Şurasının sədri Firudin Qurbanov Bakıda yanğın baş verən “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin yerləşdiyi əraziyə gedib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, nazir müavini əraziyə baş çəkib, yanğınla bağlı məlumat alıb.

"FHN əməkdaşları yanğının qısaqapanmadan baş verdiyini bildirdilər", - nazir müavini deyib.
Onun sözlərinə görə, yanğın zaman xəsarət alan olmayıb. 

Qeyd edək ki, yanğın baş verən məktəblə “Sabah” futbol klubu əməkdaşlıq edir. Yanğın artıq söndürülüb. 

Xəbər xətti