Eldar Əzizov mer seçkilərindən danışdı

11:01 - 2 Mart 2019 - Xəbər

Bakı merinin seçilməsi ilə bağlı məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E.Əzizov qeyd edib ki, bu vəzifəyə təyinat qanunvericiliklə tənzimlənir:

"Konstitusiyaya görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hər birinin öz üstünlüyü var, zəif tərəfləri də var".

İcra başçısı hesab edir ki, hazırkı struktur daha səmərəli işləyir: "Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar"./trend

Xəbər xətti