Gəncə Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis vəzifəsinə təyinat olub.
Ucnoqta.az xəbər verir ki, bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə Rəhim Zalov təqin edilib. Rəhim Zalov əvvəllər də Gəncənin DYP rəisi olub. Ötən ilin fevralında isə işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilərək Zaqatala rayon DYP bölməsinə rəis təyin olunmuşdu.
Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar idi. Belə ki, Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlı idi. Bir il keçməsinə baxmayaraq Gəncəyə DYP rəisi təyin edilməmişdi.