Ov mövsümü başa çatır

16:24 - 1 Mart 2019 - Xəbər

Bu il martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib. O qeyd edib ki, 2018-2019-cu il üzrə ov mövsümünün 2018-ci il mayın 26-da elan olunub. H.Əlizadənin sözlərinə görə, bu ilki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir. Nazirlik rəsmisi hazırda su-bataqlıq quşlarının ov dövrünün olduğunu da söyləyib.

Departament direktoru 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini də nəzərə çatdırıb. O, Azərbaycanda ov etmək istəyən insanların maarifləndirməsinə də ehtiyac olduğunu bildirib. trend

 
 
 
 
 

 

 

Xəbər xətti