Bakıya gələn və qeyri-adi hərəkətləri ilə gündəmdən düşməyən ərəb turistlər bu dəfə də diqqəti üzərilərinə çəkməyi bacarıblar.
Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, ərəblərin bu dəfəki fotosu Bakı aeroportunda çəkilib. Belə ki, bu gün Heydər Əliyev adına Hava Limanında yırtıcı ov quşları ilə görüntülənən ərəblər ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb.
Bakıya gələn ərəblər bahalı otellərdə yerləşdikdən sonra Azərbaycanın müxtəlif rayonlarına ov üçün yollanırlar. Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrini sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdirirlər.