Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum olub

12:05 - 1 Mart 2019 - Xəbər

Türkiyə Böyük Məclisinin sədri Mustafa Şentopun Azərbaycana səfərinin tarixi məlum olub.

"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, səfər martın 5-7-də reallaşacaq. Səfər zamanı M.Şentop Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, bu, M.Şentopun Türkiyə Böyük Millət Məclisinin sədri təyin olunduqdan sonra xarici ölkəyə ilk səfəridir.

Xəbər xətti