Qazaxda tələbə qızı avtomobil vurub

11:15 - 1 Mart 2019 - HADİSƏ

Qazax şəhərində 17 yaşlı piyadanı avtomobil vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Nigar Məmmədovanı avtomobil vurub. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, N.Məmmədova Qazax şəhərində kollecdə oxuyur.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti