Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib

10:50 - 1 Mart 2019 - Xəbər

Quba sakininin həyətində aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Azərbaycanın “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.


Xəbər xətti