Youtubedə problem yaranıb

23:18 - 28 Fevral 2019 - Xəbər

Bu axşam “YouTube” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

 Bakı vaxtı ilə saat 19:58-dən etibarən, sosial şəbəkədəki problemlərlə bağlı kütləvi şikayətlər daxil olmağa başlayıb. Şikayətlərin 67 faizi videoçarxların açılmaması, 21 faizi səhifənin ümumi işi ilə bağlı olub. Bir çoxları isə öz akkauntlarına girə bilmədiklərini qeyd ediblər.

Problem əsasən Rusiya, Ukrayna, ABŞ, Meksika və Braziliyada qeydə alınıb. olke.az

Xəbər xətti