2019-cu il girəndən Azərbaycana gələn əcnəbilərin sayında artım müşahidə olunub.
Cari ilin yanvar ayında ölkəyə 191,4 min xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur. Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur.
Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır - bu regionlardan müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.
Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2000-dən çox xarici vətəndaş gəlib. Qafqazinfo