Bakı şəhər sakininin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları cinsi istismara məruz qoyması ilə bağlı fakt aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Y.Məmmədzadənin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədzadə saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.