Türkiyə Futbol Federasiyası futbol üzrə milli yığmaya Şenol Günəşin baş məşqçi təyin edildiyini açıqlayıb.
Şenol Günəş həm də “Beşiktaş” klubunun baş məşqçisidir. Federasiyanın açıqlamasında deyilir:
“TFF idarə heyəti milli yığmanın baş məşqçisi vəzifəsinə Şenol Günəş ilə 1 iyun 2019-cu il tarixindən etibarən qüvvədə olmaq şərti ilə 2020-ci il Avropa Futbol Çempionatı və 2022-ci il Dünya Çempionatını da əhatə edəcək şəkildə 4 illik müqavilə imzalayıb. Şenol Günəş ilə imzalanan bu müqavilənin türk futboluna xeyirli olmasını diləyirik”. oxu.az