Abşeron rayonunda zirzəmidən naməlum kişi meyiti tapılıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Xırdalan şəhərində yaşayış binalarının birinin zirzəmisində bir nəfərin meyitinin olması barədə hüquq-mühafisə orqanlarına məlumat daxil olub. Polis əraziyə baxış keçirib. Nəticədə təxminən, 40-45 yaşlarında olan kişi meyiti tapılıb. Şəxsin kimliyi hələlik məlum deyil. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.