Nazim qəzadan danışdı: “Xərcləri ödəyəcəm” - Foto

14:09 - 28 Fevral 2019 - Xəbər

“Bir həftə bundan qabaq yağışlı havada evə gəlirdim. Vaxtında əyləci basa bilmədim, gedib maşına vurdum. O da başqası ilə toqquşdu, digəri də o biri maşınla... Zəncirvari qəza oldu”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Nazim Pişyarı (Faytonçu) törətdiyi qəzanı şərh edərkən deyib. O, qəza zamanı 4 maşının zərər gördüyünü bildirib:
“Həm öz maşınıma, həm də digərlərinə ziyan dəydi. Hamısını təmir etdirirəm.
Maşınım icbari sığorta olunduğuna görə bunun üçün cəmi 5 min manat ödənəcək. Qalan bütün xərcləri özüm qarşılayıram. Şükürlər olsun ki, salamatlıqdır. Hadisə yerindən də qaçmamışam. Polis də hadisə yerinə gəldi, hər şey həll olunduqdan sonra məkandan uzaqlaşmışam”. 

Xəbər xətti