Milli Məclisin növbəti iclasında 18 məsələ müzakirə ediləcək

12:44 - 28 Fevral 2019 - Xəbər

Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Gündəliyiə 18 məsələ daxil edilib. Əvvəlcə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.

Deputatlar həmcinin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında", "Gənclər siyasəti haqqında" və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxacaqlar. 

Xəbər xətti